Azərbaycan Çində yeni ticarət və şərab evləri aça bilər
sizinxeber.az xəbər saytı

Azərbaycan Çində yeni ticarət və şərab evləri aça bilər


Çində yeni Azərbaycan ticarət və şərab evləri açıla bilər.

"Report" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-Çin İqtisadi Ticarət Əməkdaşlıq Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda bu məsələ müzakirə predmetidir: "Əgər tələb varsa yeni ticarət və şərab evləri açıla bilər".

Y. Abdullayev qeyd edib ki, hazırda Çində Azərbaycana məxsus 10-a qədər ticarət və şərab evi fəaliyyət göstərir: "Quandon əyalətinin nümayəndələri bildirdilər ki, Azərbaycan məhsullarına, xüsusilə də şərab məhsullarına maraq var. Çində fəaliyyət göstərən ticarət evləri məhsulların bazara çıxarılmasında effektiv model hesab olunur. Konkret olaraq Quandon əyaləti Çinin ÜDM-i baxımından ikinci yerdədir və 2 trilyon dollarlıq iqtisadi gücə malikdir. Bu əyalətlə Azərbaycanın illik ticarət dövriyyəsinin dəyəri 100 milyon ABŞ dollarını keçib".

Oxşar xəbərlər

Elnur Əliyev: “Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib”
AZPROMO: Belarusla sənaye sahəsində əməkdaşlıq məhsuldar perspektivlər vəd edir
Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək
Teymur Nadiroğlu: "Azərbaycanın Çindəki ticarət nümayəndəlikləri ölkəmizə investisiyalar cəlb edir"
Yusif Abdullayev: "İş adamlarımızın İspaniyaya səfəri təşkil ediləcək"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər