Yusif Abdullayev: "İş adamlarımızın İspaniyaya səfəri təşkil ediləcək"
Bu ilin sonuna qədər azərbaycanlı iş adamlarının İspaniyaya səfəri təşkil ediləcək.
"Report" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-İspaniya biznes forumundan sonra jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, səfər həm investisiya layihələri, həm idxal-ixrac əməliyyatları ilə bağlı məsələləri əhatə edəcək.
Y. Abdullayev qeyd edib ki, Azərbaycanla İspaniya arasında ticarət dövriyyəsinin dəyəri 2022-ci ildə 1 milyard ABŞ dollarından çox olsa da, 2023-cü ildə bu rəqəm 899 milyon ABŞ dollarına, 2024-cü ildə enerji resurslarının ixracının azalması səbəbindən 310 milyon ABŞ dollarına düşüb: "Bugünkü görüşün əsas məqsədi ticarət dövriyyəsinin, o cümlədən qeyri-neft-qaz sektoru üzrə ixracın və investisiyaların artmasıdır. Görüşə İspaniyadan 20-dən çox, Azərbaycandan isə 50-dən çox şirkət qatılıb",-deyə o qeyd edib.
Onun sözlərinə görə, İspaniya Azərbaycanın enerji layihələrində iştirak edir, üstəlik bu ölkə alternativ enerji sahəsində böyük təcrübəyə malikdir: "Biz İspaniyanın təcrübəsindən yararlana bilərik".
Oxşar xəbərlər
İraqda Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır
AZPROMO: TDT ölkələri ixracı və qarşılıqlı investisiyaları artırmalıdır
AZPROMO Latviyaya ixrac missiyası təşkil edəcək
AZPROMO: İraqa məhsul ixracı üçün böyük potensial var
Azərbaycan və İraq COP29 çərçivəsində bir sıra tədbirlər keçirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













