Macarıstanın gömrük generalı: “İyunda Azərbaycanla saziş imzalamağı planlaşdırırıq”
Macarıstanın Milli Vergi və Gömrük Administrasiyasının (NTCA) nümayəndə heyətinin 16-19 iyun tarixlərində Azərbaycana səfəri çərçivəsində gömrük sahəsində əməkdaşlığa dair sazişin imzalanması planlaşdırılır.
Bunu “Sizinxeber.az”a müsahibəsində NTCA-nın gömrük və beynəlxalq məsələlər üzrə komissarının müavini, briqada generalı Kristof Peter Bakai bildirib.
Onun sözlərinə görə, hazırda gömrük sahəsində əməkdaşlıq haqqında saziş hazırlanır: “Bu sənəd qarşılıqlı fəaliyyətimizin institusionallaşdırılması istiqamətində mühüm addım olacaq və ikitərəfli dialoqun dərinləşdirilməsi üçün hüquqi baza rolunu oynayacaq. Saziş məxfilik və ya dövlət sirri sahəsində milli qanunvericiliyin məhdudiyyətlər tətbiq etdiyi məlumatlar istisna olmaqla, bilik və təcrübə mübadiləsini, açıq normativ və qanunvericilik sənədlərinin, habelə elmi-texniki məlumatların verilməsini nəzərdə tutur. O, xüsusilə hüquq-mühafizə və gömrük hüquqpozmalarına qarşı mübarizə məsələlərində sistemli və şəffaf məlumat mübadiləsi üçün əlavə şərait yaratmalıdır".
General bildirib ki, NTCA nümayəndə heyəti, həmçinin iyunun 17-dən 19-dək Bakıda keçiriləcək Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Baş Assambleyasında iştirak edəcək.
“Azərbaycan bu il IOTA-ya sədrlik edir və biz bu tədbirdə iştiraka dialoqu genişləndirmək üçün əla fürsət kimi baxırıq, o cümlədən də gömrük orqanları ilə. Səfərin əsas məqsədləri hazırkı əməkdaşlığın nəticələrinin nəzərdən keçirilməsi, əldə edilmiş nəticələrin qiymətləndirilməsi və gələcək əməkdaşlıq üçün yol xəritəsinin hazırlanmasıdır”, - K. Bakai qeyd edib.
Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq mümkündür.
Oxşar xəbərlər
Kristof Peter Bakai: "Macarıstanın Azərbaycanla gömrük tərəfdaşlığı TDT-nin Aİ ilə inteqrasiyasını gücləndirir" - MÜSAHİBƏ
Juja Keçkeş: “TDT ölkələrinin gömrük xidmətlərinin rəhbərləri ilk dəfə Budapeştdə görüşəcəklər"
Azərbaycan və Macarıstan vergi sahəsində əməkdaşlığı gücləndirəcək
Qazaxıstan TDT çərçivəsində sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında sazişi təsdiqləyib
Azərbaycanda gömrük proseslərinin sürətləndirilməsi üçün süni intellekt tətbiq ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
-
Ronaldo gümüş almaqdan imtina etdi
