

Azərbaycan və Macarıstan vergi sahəsində əməkdaşlığı gücləndirəcək
Azərbaycan və Macarıstan arasında vergi əməkdaşlığının daha da inkişaf etdirilməsi və dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün yeni təşəbbüslərin irəli sürülməsi barədə razılıq əldə olunub.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, qurumun rəisinin müşaviri, Tədris Mərkəzinin rəisi vəzifəsinin müvəqqəti icraçısı Sərxan Həşimovun rəhbərlik etdiyi nümayəndə heyəti təcrübə mübadiləsinin aparılması məqsədilə Macarıstana səfər edib.
Səfər çərçivəsində Macarıstanın Milli Vergi və Gömrük Administrasiyasında keçirilən görüşlərdə tərəflər vergi ödəyicilərinə göstərilən xidmətlərin təkmilləşdirilməsi, rəqəmsal vergi inzibatçılığı, ƏDV və gəlir vergisinin tətbiqi ilə bağlı təqdimatlar edib, həmçinin, əməkdaşlıq potensialından istifadə imkanlarının genişləndirilməsi məqsədilə təşəbbüslərin artırılması məsələlərini nəzərdən keçirib və qarşılıqlı dəstəyin davam etdirilməsi barədə razılıq əldə edib.
Səfər zamanı Macarıstanın Milli Vergi və Gömrük Administrasiyasının Tədris Mərkəzi, o cümlədən Maliyyə baş idarəsinin nümayəndələri ilə ayrıca görüşlər keçirilib, aidiyyəti sahələr üzrə birgə fəaliyyətin genişləndirilməsi imkanları, vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində həyata keçirilən islahatlar müzakirə olunub, həmin sahələrdə təcrübə mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Azərbaycan İsveçrə ilə vergi üzrə yeni əməkdaşlıq imkanlarını müzakirə edib
Azərbaycan və Latviya arasında vergi sahəsində əməkdaşlıq müzakirə edilib
Azərbaycan və Litva vergi üzrə əməkdaşlığın inkişafı üçün işçi qrupu yaradacaq
Azərbaycan və Almaniya vergi üzrə innovasiyaların tətbiqini müzakirə edib
Azərbaycanda online vergi ödənişi ilə bağlı xüsusi platforma yaradılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Belçika və Aİ-dəki səfir: Azərbaycan beynəlxalq siyasətin məsuliyyətli iştirakçısı və regional liderdir
-
"Latsio" klubu Mauritsio Sarriyə 2027-ci ilə qədər müqavilə təklif edib
-
Maldiv Prezidenti Azərbaycan liderini təbrik edib
-
Abşeron kanalında lildən təmizləmə və su infrastrukturunun yenilənməsi işləri açıqlanıb
-
MN: Azərbaycan Ordusu Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açmayıb
-
Qazaxıstan Prezidenti nüvə dövlətləri arasında gərginliyin artmasından narahatdır
