Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
sizinxeber.az xəbər saytı

Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib


Venesuelada dövlət neft şirkəti olan PDVSA-nın qaz emalı müəssisəsində güclü yanğın baş verib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Müəssisə Marakaybo gölündə yerləşir. Məlumata görə, işçilər yanğını söndürməyə cəhd ediblər, nəticədə azı iki işçi yaralanıb, digərləri isə suya tullanıblar.

PDVSA 1976-cı ildə yaradılıb. Bu, neft və qaz hasilatı, kəşfiyyatı, emalı və ixracı üzrə inhisar hüququna malik olan, tamamilə Venesuela hökumətinə məxsus ölkənin ən böyük şirkətidir.

Oxşar xəbərlər

Avstraliyada iki neft emalı zavodundan birində yanğın baş verib
Venesuelada neft emalı zavodunda baş verən yanğın nəticəsində ən azı 18 nəfər xəsarət alıb
İranda Abadan neft emalı zavodunda yanğın olub
KİV: ABŞ “Chevron”a Venesuelada neft hasilatını bərpa etməyə icazə verib
Venesuelada neft emalı zavodunda baş verən yanğında 18 nəfər xəsarət alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər