Azərbaycanda daha 68 nəqliyyat vasitəsi özəlləşdirilib
sizinxeber.az xəbər saytı

Azərbaycanda daha 68 nəqliyyat vasitəsi özəlləşdirilib


Bu gün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 7 lot üzrə 68 nəqliyyat vasitəsi satılıb. 

"Sizinxeber.az" bu barədə quruma istinadən xəbər verir. 

Məlumata görə, hərraca çıxarılan avtomobillərə ümumilikdə 51 sifariş qəbul edilib. Bunlardan 12-si onlayn qaydada həyata keçirilib.

Rəqabətli keçən hərracda start qiyməti 18 200 manat olan “Otoyol E-2714S” markalı avtobus 20 000 manata, 3 600 manat olan “Renault Dokker” markalı avtomobil isə 8 344 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://shorturl.at/Q2ItN linki vasitəsilə tanış olmaq mümkündür. 

Növbəti hərraclar 20 və 27 mayda olacaq. Hərraca çıxarılan əmlakların siyahısı ilə https://clck.ru/3LtZmC linki vasitəsilə tanış olmaq mümkündür.

İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər. 

Oxşar xəbərlər

Azərbaycanda daha 4 nəqliyyat vasitəsi özəlləşdirilib
Azərbaycanda 20 nəqliyyat vasitəsi və 24,5 ton metal çiv hərracda satılıb
Azərbaycanda daha 57 avtomobil özəlləşdirilib
Azərbaycanda daha 16 nəqliyyat vasitəsi özəlləşdirilib
Azərbaycanda daha 41 nəqliyyat vasitəsi özəlləşdirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər