sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycanda daha 43 nəqliyyat vasitəsi hərraca çıxarılacaq
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iyunun 10-da dövlət mülkiyyətinə keçən avtomobillərin satışı ilə bağlı daha bir hərrac keçirəcək.
"Report" bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca ümumi dəyəri 118 000 manat olan 43 nəqliyyat vasitəsi çıxarılacaq.
Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.
Hərraclar barədə ətraflı məlumatı əldə etmək mümkündür.
Oxşar xəbərlər
Azərbaycanda daha 55 nəqliyyat vasitəsi hərraca çıxarılacaq
"Aqrarkredit" BOKT-a məxsus qeyri-yaşayış sahəsi hərraca çıxarılacaq
Azərbaycan gömrüyünün saxladığı mallar 50 % endirimlə hərraca çıxarılacaq
"Bakı Beton Konstruksiyaları" təkrar hərraca çıxarılır
ASCO-ya məxsus 12 avtomobil hərraca çıxarılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













