Azərbaycan Səudiyyə Ərəbistanı və BƏƏ-yə ixrac missiyaları təşkil edəcək
Azərbaycandan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) istiqamətində ixrac missiyalarının təşkil edilməsi üzərində işlər aparılır.
Bunu “Report”a açıqlamasında İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) İcraçı direktoru Yusif Abdullayev bildirib.
Onun sözlərinə görə, sözügedən missiyaların bu ilin II yarısında reallaşdırılması planlaşdırılır: “Hazırda konkret şəhərlər müəyyən edilir".
Bundan başqa, AZPROMO rəhbəri bildirib ki, yaxın vaxtlarda Azərbaycan və Səudiyyə Ərəbistanı arasında hökumətlərarası birgə komissiyanın növbəti iclasının keçirilməsi, bu çərçivədə investisiya qoyuluşu ilə bağlı dəyirmi masanın təşkil edilməsi planlaşdırılır.
Bu ilin I rübündə Azərbaycanla Səudiyyə Ərəbistan arasında ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 56,2 % çox - 11,1 milyon ABŞ dolları təşkil edib. Hesabat dövründə Azərbaycanın Səudiyyə Ərəbistanına ixracın dəyəri 49,3 % azalaraq 0,5 milyon ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 73,3% artaraq 10,6 milyon ABŞ dolları olub.
Yanvar-mart aylarında Azərbaycanla BƏƏ arasında ticarət dövriyyəsinin dəyəri isə 33,2 milyon ABŞ dolları təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 45,6 % çoxdur. İl ərzində Azərbaycanın BƏƏ-yə ixracının dəyəri 48,7 % artaraq 20,8 milyon ABŞ dollarına, bu ölkədən idxalının dəyəri isə 40,6 % artaraq 12,4 milyon ABŞ dollarına çatıb.
Oxşar xəbərlər
AZPROMO Səudiyyə Ərəbistanı ilə bağlı hədəflərini açıqlayıb
AZPROMO: Pakistana yaxın gələcəkdə ixrac missiyası təşkil olunacaq
Azərbaycan-Səudiyyə Ərəbistanı hökumətlərarası komissiyasının 8-ci iclası yaxın vaxtlarda keçiriləcək
Yusif Abdullayev: "İş adamlarımızın İspaniyaya səfəri təşkil ediləcək"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
