AZPROMO Səudiyyə Ərəbistanı ilə bağlı hədəflərini açıqlayıb
Azərbaycanla Səudiyyə Ərəbistan arasında keçirilən görüşlərin daha məhsuldar olması və layihələrə çevrilməsi əsas hədəflərdəndir.
“Sizinxeber.az” xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Azərbaycan-Səudiyyə Ərəbistanı Bigə İşgüzar Şurasının Bakıda keçirilən 5-ci iclasında bildirib.
"Biz çox istəyirik ki, 6-cı iclasda sahibkarlar artıq real layihələr barədə danışsınlar", - deyə o qeyd edib.
Y. Abdullayev həmçinin deyib ki, AZPROMO iki ölkənin ticarət əlaqələrini təşviq edir: "Bu ilin mayında Səudiyyə Ərəbistanda keçirilmiş "Saudi Food Show"da Azərbaycan vahid ölkə stendi ilə təmsil olunub. Bu, ənənə növbəti il də davam edəcək".
"Bu ilin sonuna qədər Azərbaycanda logistikanın subsidiyalaşdırılması reallaşacaq. Yenilik iki ölkə arasında ticarət əlaqələrinin inkişafına xidmət edəcək və əngəlləri aradan qaldıracaq", - deyə AZPROMO rəsmisi əlavə edib.
Oxşar xəbərlər
Azərbaycan İraqa qızıl ixracını artıra bilər
Səudiyyə Ərəbistanı rəsmisi: "Azərbaycanla ticarət dövriyyəmiz potensialımızı tam əks etdirmir"
AZPROMO: İraqa məhsul ixracı üçün böyük potensial var
AZPROMO: Pakistana yaxın gələcəkdə ixrac missiyası təşkil olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
-
Avstraliyada bunkerdən 500 milyon avro dəyərində narkotik müsadirə olunub
