KOB evlərində ötən il sahibkarlara 456 minə yaxın xidmət göstərilib
2024-cü ildə KOB evlərində sahibkarlara ümumilikdə 455 944 xidmət göstərilib.
Bu barədə “Sizinxeber.az” İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agetliyinə istinadən xəbər verir.
Məlumata görə, bu xidmətlərin 307 mindən çoxu “Bakı KOB evi”nin, 112 mindən çoxu “Yevlax KOB evi”nin, 22 mindən çoxu “Xaçmaz KOB evi”nin, 14 min 600-dən çoxu isə “Xaçmaz KOB evi”nin Xudatdakı xidmət mərkəzinin payına düşür.
KOB evlərində sahibkarlara göstərilmiş xidmətlərin 408 minə yaxını dövlət qurumları (“G2B”), 48 mindən çoxu isə biznes qurumları (“B2B”) tərəfindən təqdim edilib.
Sahibkarlar KOB evlərinə daha çox yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, mənşə sertifikatı, fiziki şəxsin vergi uçotuna alınması və digər vergi məsələləri, gömrük, kommunal və digər ödənişlər, bank xidmətlərindən istifadə üçün müraciət ediblər. Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98 % təşkil edib.
Qeyd edək ki, KOB evləri KOBİA-nın strukturuna daxildir. KOB evlərində ümumilikdə 50-dən çox dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 400-dən çox “G2B” və “B2B” xidmətlər göstərilir.
Oxşar xəbərlər
“Bakı KOB evi”ndə sahibkarlara xidmətlərin əksəriyyəti RİNN tərəfindən göstərilib
Azərbaycanda 9 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 480 minə yaxın şəxs qəbul edilib
Azərbaycanda 8 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 437 min şəxs qəbul edilib
Azərbaycanda ötən il vergi ödəyicilərinə xidmət mərkəzlərində 631 mindən çox şəxs qəbul edilib
Azərbaycanda 7 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 392 min şəxs qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident İlham Əliyevin doğum günüdür












