Bəhruz Quliyev: “Bu il Azərbaycanda 1 258 fakt cinayət xarakterli gömrük pozuntusu aşkar edilib” » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
17 
dek
2024
13:30
0
0
1 704

Bəhruz Quliyev: “Bu il Azərbaycanda 1 258 fakt cinayət xarakterli gömrük pozuntusu aşkar edilib”

17 dek, 2024
13:30
1 704

Bəhruz Quliyev: “Bu il Azərbaycanda 1 258 fakt cinayət xarakterli gömrük pozuntusu aşkar edilib”

Bu il Azərbaycanda gömrük qanunvericiliyinin pozulması ilə bağlı 33 588 fakt aşkar edilib ki, onlardan 1 258-i cinayət xarakterlidir.

“Report” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Bəhruz Quliyev Bakıda keçirilən Gömrük-Biznes Forumunda bildirib.

Onun sözlərinə görə, aşkar edilən faktlar arasında gömrük qaydalarının pozulması, inzibati xətalar və cinayət xarakterli hallar üstünlük təşkil edib.

“Ümumilikdə 93 fakt üzrə 378 kq narkotik vasitə, psixotrop maddələr və onların prekursorları aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Bu faktlar göstərir ki, gömrük orqanları iqtisadiyyatın və milli təhlükəsizliyin, əhalinin sağlamlığının, mədəni irsin, ekoloji tarazlığın və beynəlxalq ticarətin qaçaqmalçılığın mənfi təsirlərindən qorunması istiqamətində mühüm rol oynayır”, - deyə B. Quliyev vurğulayıb.

Bizimlə əlaqə saxlayın