Bu il qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilən iki tona yaxın narkotik vasitə dövriyyədən çıxarılıb
Narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 157 fakt aşkar edilib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.
Qeyd edilib ki, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 524 kq 132,349 qr narkotik vasitə və psixotrop maddə, 13 568 ədəd metadon həbi, 1470 ədəd güclü təsir edən maddə çıxarılıb.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 199-u qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 303 kq 877,511 qr narkotik vasitə,psixotrop maddə və 85 qr güclü təsir edən maddə müsadirə edilmişdir. 1780 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 344 kq 818,1 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.
Təhlil göstərir ki, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 238 narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 361, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 51, digər növ cinayət faktların sayı 27, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 8 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi 842 kq 086,85 qr, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı isə 595 nəfər azalıb.
Bununla yanaşı, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 201 fakt, qrup halında olan cinayətlərin sayı isə 31 fakt artıb.
Oxşar xəbərlər
Son yeddi ayda dövriyyədən çıxarılan narkotik vasitələrin həcmi və dəyəri açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il dəyəri 115 milyon AZN olan narkotik qanunsuz dövriyyədən çıxarılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Müsadirə edilmiş narkotik vasitələr bir neçə komissiya tərəfindən məhv ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lənkəranda 18 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin məhv edilməsini həyata keçirəcək komissiyalar müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












