

Bəhruz Quliyev: "Qeyri-neft ixracının stimullaşdırılması ilə bağlı layihələr hazırlanıb"
Azərbaycanın qeyri-neft ixracının stimullaşdırılması məqsədilə vacib istiqamətdə layihələndirmələr həyata keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) birinci müavini Bəhruz Quliyev Bakıda "KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar" mövzusunda keçirilən Azərbaycan Ticarət Forumunda deyib.
"Gömrük nəzarəti, rəsmiləşdirilməsi prosedurlarının tam avtomallaşdırılmasına nail olunub. Yeni çağırışlara cavab olaraq gömrük xidmətlərinin tam rəqəmsallaşdırılması və süni intelekt əsaslı layihələrin tətbiqi prioritet məsələlərdən biridir", - o qeyd edib.
Onun sözlərinə görə, ixracın təşviqi çərçivəsində qeyri-neft ixracının stimullaşdırılması, ölkə iqtisadiyyatına xarici investisiyaların cəlbi məqsədilə vacib istiqamətdə layihələndirmələr həyata keçirilib və yaxın günlərdə bu haqda məlumat veriləcək.
Oxşar xəbərlər
AZPROMO-nun yaradılmasından 5 il ötür
Bu, Azərbaycan üçün narahatlıq yaradır - Mövsümov
Azərbaycanda Gömrük Forumu keçiriləcək
Azərbaycanda beynəlxalq ticarətlə məşğul olan sahibkarların əsas gözləntiləri açıqlanıb
Azərbaycanın qeyri-neft sektoruna yatırılan birbaşa xarici investisiyalar rekord həddə çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
