Azərbaycan Litva ilə vergi sahəsində innovativ yanaşmaları müzakirə edib
Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Bakıda keçirilən 29-cu Baş Assambleyası çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Litva Respublikasının Maliyyə Nazirliyinin Dövlət Vergi Müfəttişliyinin rəhbəri Edita Yanuşiene ilə görüşüb.
"Sizinxeber.az" bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, görüş zamanı tərəflər iki ölkənin vergi administrasiyaları arasında əlaqələrin inkişaf imkanlarını müzakirə ediblər. Rəqəmsallaşma, vergi uçotu və nəzarət sistemlərinin təkmilləşdirilməsi, könüllü vergi ödənişinin təşviqi və vergi mədəniyyətinin artırılması sahələrində əməkdaşlıq məsələləri əsas müzakirə mövzuları olub.
O.Nəzərli qeyd edib ki, müasir çağırışlar fonunda vergi inzibatçılığında innovativ yanaşmaların tətbiqi sahəsində təcrübə mübadiləsi üçün geniş imkanlar mövcuddur. DVX rəisi Azərbaycan və Litva arasında bu sahədə dialoqun davamlı olmasının vacibliyini vurğulayıb. Öz növbəsində, E.Yanuşiene Litvanın vergi islahatları və texnoloji yeniliklər sahəsində əldə etdiyi nəticələr barədə məlumat verərək, bu təcrübənin digər ölkələrlə bölüşülməsində maraqlı olduqlarını bildirib.
Görüşdə qarşılıqlı əməkdaşlıq və gələcək praktiki təşəbbüslər barədə müzakirələr aparılıb.
Oxşar xəbərlər
Azərbaycan Xorvatiya ilə vergi sahəsində təcrübə mübadiləsi aparacaq
Azərbaycan və Litva vergi üzrə əməkdaşlığın inkişafı üçün işçi qrupu yaradacaq
Azərbaycan İsveçrə ilə vergi üzrə yeni əməkdaşlıq imkanlarını müzakirə edib
Azərbaycan və Almaniya vergi üzrə innovasiyaların tətbiqini müzakirə edib
Azərbaycan rəqəmsal vergi texnologiyaları üzrə Cənubi Koreya təcrübəsini öyrənəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













