Azərbaycan rəqəmsal vergi texnologiyaları üzrə Cənubi Koreya təcrübəsini öyrənəcək
sizinxeber.az xəbər saytı

Azərbaycan rəqəmsal vergi texnologiyaları üzrə Cənubi Koreya təcrübəsini öyrənəcək


Azərbaycan rəqəmsal vergi texnologiyalarının tətbiqi sahəsində Cənubi Koreyanın təcrübəsini öyrənəcək.

"Sizinxeber.az" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, qurumun Tədris Mərkəzinin rəisi səlahiyyətlərini icra edən, xidmət rəisinin müşaviri Sərxan Həşimov Cənubi Amerika Vergi Administrasiyaları Mərkəzinin (CİAT) Çilidə keçirilən Baş Assambleyasında iştirakı zamanı Cənubi Koreyanın Milli Vergi Xidmətinin rəhbəri Kanq Minsoo ilə görüş keçirib. Görüşdə iki ölkənin vergi orqanları arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsi, təcrübə və məlumat mübadiləsinin təşkili istiqamətində fikir mübadiləsi aparılıb. Tərəflər rəqəmsal vergi texnologiyalarının tətbiqi sahəsində Cənubi Koreyanın təcrübəsinin öyrənilməsi imkanlarını müzakirə ediblər. K.Minsoo Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) bu ilin 17-19 iyun tarixlərində Bakıda keçiriləcək Baş Assambleyasında iştirak edəcəyini bildirib.

Oxşar xəbərlər

Azərbaycan və Almaniya vergi üzrə innovasiyaların tətbiqini müzakirə edib
Azərbaycanda online vergi ödənişi ilə bağlı xüsusi platforma yaradılıb
Azərbaycan və Macarıstan vergi sahəsində əməkdaşlığı gücləndirəcək
Azərbaycan İsveçrə ilə vergi üzrə yeni əməkdaşlıq imkanlarını müzakirə edib
Azərbaycan və Sinqapur vergi inzibatçılığına dair qabaqcıl təcrübələri nəzərdən keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər