Azərbaycan avtomobil idxalına çəkdiyi xərci 23 %-dən çox artırıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
17 
iy
2025
10:30

Azərbaycan avtomobil idxalına çəkdiyi xərci 23 %-dən çox artırıb

17 iy, 2025
10:30
442

Azərbaycan avtomobil idxalına çəkdiyi xərci 23 %-dən çox artırıb

Bu ilin I yarısında Azərbaycan 960,709 milyon ABŞ dolları dəyərində 51 727 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 23,3 % çox və 22,2 % çoxdur.

İl ərzində sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 2,4 dəfə artaraq 250 ədəd (20,245 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 24,2 % artaraq 47 199 ədəd (865,347 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 23 001-si (472,963 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 929-u (31,625 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bu isə birincinin 2,6 dəfə artması, ikincinin isə 38,3 % azalması deməkdir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 0,2 % artaraq 4 010 ədəd (48,690 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 21,3 % artaraq 268 ədəd (26,427 milyon ABŞ dolları dəyərində) olub.

Bizimlə əlaqə saxlayın