SWIFT: Beynəlxalq köçürmələrdə səhvlərin qarşısını almaq üçün yeni xidmətlər təklif edirik
sizinxeber.az xəbər saytı

SWIFT: Beynəlxalq köçürmələrdə səhvlərin qarşısını almaq üçün yeni xidmətlər təklif edirik


Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti (Society for Worldwide Interbank Financial Telecommunication - SWIFT) beynəlxalq köçürmələrdə səhvlərin qarşısını almaq üçün yeni xidmətlər təklif edir.

"Report" xəbər verir ki, bunu SWIFT-in MDB ölkələri və Qafqaz regionu üzrə ölkə meneceri İrina Lorer Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində bildirib.

Onun sözlərinə görə, təşkilat beynəlxalq köçürmələr zamanı yaranan səhvlərin və ödəniş imtinalarının qarşısını almaq üçün yeni həllər təqdim edir: "Təşkilatın pre-validasiya xidməti ödəniş məlumatlarını əvvəlcədən yoxlamağa imkan verir. Bu xidmət hesab məlumatlarının düzgünlüyünü təsdiqləyir və sonradan yarana biləcək ödəniş imtinalarının qarşısını alır. Bu həllər ödəniş prosesini həm banklar, həm də müştərilər üçün daha sadə və etibarlı edir. Müştərilər beynəlxalq ödənişlərin daha rahat və sadə olmasını tələb edirlər. Bank müştərilərinin yalnız 50 %-i beynəlxalq ödənişlərin həyata keçirilməsi prosesindən razıdır. Müştərilər ödəniş məlumatlarının avtomatik doldurulmasını, daha az səhv riskini və daha rahat istifadə təcrübəsini gözləyirlər. Bu məqsədlə SWIFT müxtəlif rəqəmsal xidmətləri birbaşa bankların mobil tətbiqlərinə inteqrasiya etməyə başlayıb".

Oxşar xəbərlər

SWIFT: Bank müştərilərinin 20 %-i beynəlxalq ödənişlərin izlənilməsindən razıdır
SWIFT: Rəqəmsal bankçılıqla bağlı düşüncə tərzi dəyişməlidir
İran SWIFT sistemini ACUMER-lə əvəzləyib
Azərbaycandakı elektron pul və ödəniş təşkilatları “SWIFT”ə qoşulmağa başlayıb
ABA: Türk dövlətlərində rəqəmsal ödəniş inteqrasiyası üçün yeni imkanlar genişlənir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər