Anar Bağırov: "Azərbaycanda hüquqşünasların sayı azdır"
Azərbaycanda hüquqşünas azlığı problemi daim qaldırılan məsələlərdən biridir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Bakıda keçirilən "Hüquq təhsili və biznes gözləntilərinin uzlaşması" konfransında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
Onun sözlərinə görə, əslində, hamı deyir ki, Azərbaycanda hüquqşünas çoxdur:
"Amma müqayisələr göstərir ki, ölkədə hüquqşünasların sayı azdır. Düzdür, burada üzərində işlənməli olan başqa problemlər də var. Bunlardan biri akademik sahə ilə bağlı məsələlərdir. Ümumiyyətlə, hüquqşünas alimlərimiz və fəal hüquqşünaslarımız elmi-pedaqoji fəaliyyətə çox maraq göstərmirlər. Bu da problemdir və mən buna çox təəssüf edirəm. Çünki xarici ölkələrdə vəziyyət belə deyil. Təbii ki, burada Vəkillər Kollegiyasının da müəyyən məsuliyyəti var. Yəqin ki, biz də vəkilləri bu istiqamətdə kifayət qədər təşviq etmirik".
Onun fikrincə problem ölkədə hüquq peşəsinin əvvəlki kimi cəlbedici olmamasındadır.
"Əvvəllər insanlar, xüsusilə də oğlanlar hüquqa daha çox maraq göstərirdilər. Çünki hesab olunurdu ki, bu sahə gəlirlidir və burada qısa müddətdə maddi vəziyyəti yaxşılaşdırmaq mümkündür. Mən buna normal yanaşma kimi baxıram. İnsan yalnız altruist olmamalıdır, öz maddi durumunu və ailəsini də düşünməlidir".
A. Bağırov qeyd edib ki, hazırda oğlanlar daha çox başqa peşələrə üz tuturlar:
"Xanımların sayının artmasının səbəblərindən biri də budur. Hüquq peşəsi xanımlar üçün daha rahat görünür. Mən hesab edirəm ki, bu, qlobal problemlərdən biridir və yaxın 5-10 il ərzində hamını düşündürən məsələyə çevriləcək. Çünki elə vəzifələr var ki, bəzi hallarda xanımlar regionlarda və ya hüquq-mühafizə orqanlarında fəaliyyət göstərməyə razı olmurlar. Kişilər isə bu cür qərarları daha tez qəbul edirlər. Ailə ilə bağlı müəyyən narazılıqların yaranması da təbiidir. Düşünürəm ki, bu məsələ üzərində ciddi şəkildə düşünmək lazımdır".
Oxşar xəbərlər
Anar Bağırov: "Azərbaycanda hüquqşünasların sayı kifayət qədər azdır"
Vəkillər Kollegiyasının sədri: "Hüquqi xidmətlər bazarının tənzimlənməməsi ciddi problemdir"
Anar Bağırov: Azərbaycanda vəkillərin ümumi sayı 2 609 nəfərdir
Anar Bağırov: Vəkillər Kollegiyasına qəbul müntəzəm həyata keçirilir
Anar Bağırov Türkiyə Barolar Birliyinin sədrini təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qaradağda torpaq satışı qalmaqalı: Sabiq vəzifəli şəxslərinin məhkəmə istintaqı başladı
-
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
-
Zelenski Putinə görüş və danışıqlar müddətində atəşkəs təklif edib
-
Bakı Təşəbbüs Qrupunun fəaliyyəti beynəlxalq səviyyədə qəbul olunur: Fransanın narahatlığı artır - TƏHLİL
-
Kallas: Aİ Livanın Silahlı Qüvvələri üçün 100 milyon avro ayırır
-
Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır
