Anar Bağırov: Vəkillər Kollegiyasına qəbul müntəzəm həyata keçirilir
Vəkillər Kollegiyasına qəbul müntəzəm həyata keçirilir.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
"Bu gün 421 namizəd yazılı imtahanda iştirak edirlər. Onların 70 faizindən çoxu 40 yaşına qədər olan hüquqşünaslardır. Namizədlərin 45 faizi bölgələri, o cümlədən Naxçıvanı təmsil edir. Xanım namizədlərin də sayı kifayət qədərdir. Vəkillər Kollegiyası qarşısına qoyduğu məqsədlərə çatır: müntəzəm imtahanlar nəticəsində vəkillərin dayı artır", - A.Bağırov bildirib.
Onun sözlərinə görə, əsas məqsəd bütün vətəndaşların keyfiyyətli hüquqi yardımla təmin olunmasına yönəlib.
Qeyd edək ki, bu gün Azərbaycan Vəkillər Kollegiyası (VK) və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbul üzrə növbəti ixtisas imtahanının test mərhələsi keçirilir.
Oxşar xəbərlər
Sədr: Vəkillik institutunun inkişafı və möhkəmləndirilməsi istiqamətində ardıcıl işlər görülür
Vəkillər Kollegiyası Yekaterinburq hadisələri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib
Anar Bağırov Türkiyə Barolar Birliyinin sədrini təbrik edib
Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün imtahan başlayıb - YENİLƏNİB
Vəkilliyə qəbulla bağlı ixtisas imtahanının test mərhələsində iştirak üçün müraciətlər elektron formada həyata keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













