Serbiyalı nazir: Azərbaycanın ev sahibliyi gələcək təşkilatçılar üçün nümunədir
sizinxeber.az xəbər saytı

Serbiyalı nazir: Azərbaycanın ev sahibliyi gələcək təşkilatçılar üçün nümunədir


Azərbaycan bu tədbiri yüksək səviyyədə təşkil edib.

Sizinxeber.az xəbər verir ki, bunu Serbiyanın ətraf mühitin mühafizəsi naziri Sara Pavkov Azərbaycanın ev sahibliyi ilə keçirilən Ümumdünya Ətraf Mühit Gününə (WED) həsr olunmuş beynəlxalq tədbirə göndərdiyi videomesajda deyib.

O bildirib ki, Serbiya Dünya Ətraf Mühit Günü 2027-yə ev sahibliyi etməyə hazırdır, Belqrad qlobal ekoloji gündəliyə sadiqdir.

“Azərbaycanın Dünya Ətraf Mühit Gününə yüksək səviyyədə ev sahibliyi etməsi gələcək təşkilatçılar üçün nümunədir. Dünya Ətraf Mühit Günü 2027-nin Belqradda keçirilməsi Serbiya üçün həm şərəf, həm də böyük məsuliyyətdir”, - nazir əlavə edib.

Eyni zamanda, serbiyalı nazir beynəlxalq ictimaiyyəti iqlim dəyişiklikləri və ekoloji problemlərlə mübarizədə daha sıx əməkdaşlığa çağırıb.

Oxşar xəbərlər

Gələn il Serbiya Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək
Nazir: Xəzər dənizinin səviyyəsinin azalmasını beynəlxalq gündəliyə çıxarmağa çalışırıq
BMT rəsmisi Azərbaycanın iqlim sahəsində töhfələrini yüksək qiymətləndirib
İtaliyalı nazir müavini: Azərbaycan WUF13-ə uğurla ev sahibliyi edir
Nazir: 2030-cu ilə qədər bərpaolunan enerjinin payının 30 %-ə çatıdırlması hədəflənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər