Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyasının üçüncü iclası keçiriləcək
Sabah Hanoy şəhərində Azərbaycan-Vyetnam Birgə Biznes Şurasının birinci iclası və Azərbaycan-Vyetnam Biznes Forumu, iyulun 17-də isə İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyasının üçüncü iclası keçiriləcək.
"Report" bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, tədbirlər zamanı iki ölkə arasında ticarət-iqtisadi, energetika, mədəniyyət, kənd təsərrüfatı, turizm, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlığa dair müzakirələrin aparılması, iqtisadi və ticari münasibətlərin mövcud vəziyyətinin və investisiya imkanlarının müzakirə edilməsi nəzərdə tutulur.
Hökumətlərarası Komissiyasının həmsədrləri Azərbaycanın energetika naziri Pərviz Şahbazovla Vyetnamın sənaye və ticarət naziri Nguyen Hong Diendir.
Oxşar xəbərlər
Sabah Londonda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
Azərbaycan və Vyetnam arasında birgə hökumətlərarası komissiyanın iclası keçiriləcək
Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının növbəti iclası Hanoyda keçiriləcək
Azərbaycan-Pakistan Hökumətlərarası Komissiyası üç illik fasilədən sonra fəaliyyətini bərpa edib
Azərbaycan ilə Vyetnam arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













