Sabah Londonda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
sizinxeber.az xəbər saytı

Sabah Londonda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyasının iclası keçiriləcək


Sabah Londonda Azərbaycan və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Höküməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək.

Bu barədə “Report”a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə nazii Pərviz Şahbazov və onun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.

İclasda enerji keçidi, iqtisadiyyatın modernləşdirilməsi/diversifikasiyası, infrastrukturun inkişafı, tənzimləmə və biznes mühiti istiqamətləri üzrə 20-dən çox sahədə əməkdaşlığa dair müzakirələrin aparılması və iclasın yekun protokolunun imzalanması nəzərdə tutulur.

Komissiyanın həmsədrləri P.Şahbazov və Birləşmiş Krallığın biznes və ticarət üzrə dövlət katibinin müavini, xidmətlər, kiçik biznes və ixrac naziri Qaret Tomasdır.

Oxşar xəbərlər

Londonda Azərbaycan-Britaniya Hökumətlərarası Komissiyanın iclası keçiriləcək
Azərbaycan Böyük Britaniya ilə Hökumətlərarası Komissiyanın iclasına hazırlığı müzakirə edib
Pərviz Şahbazov Braziliyaya səfər edib
Azərbaycanla Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib
Azərbaycan Böyük Britaniyanın enerji keçidini təşviq edən əməkdaşlıq təkliflərini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle