Azərbaycanda əmək sahəsində 17 milli standart layihəsi təsdiqlənib
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təsis etdiyi “Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 21) növbəti iclasında 17 milli standart layihəsinin təsdiqi məqsədilə konsensus əsasında qərar qəbul edilib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə AZSTAND məlumat yayıb.
Bildirilib ki, iclasda AZSTAND-la yanaşı, Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi yanlnda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, Əməyin Mühafizəsi Mərkəzi, “Azərsun Holdinq” MMC, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, “Tabaterra” QSC və “Foton” MMC-nin nümayəndələri iştirak ediblər.
İclasda yeni standart layihələri, əmək sahəsində normativ tənzimləmələrin təkmilləşdirilməsi və bu istiqamətdə görüləcək tədbirlər müzakirə olunub.
Tədbirdə 2025-ci il üzrə Fəaliyyət Planına uyğun olaraq 111 standartın hazırlanması məsələsinə baxılıb. Eyni zamanda, milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə “2023–2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlər müzakirə edilib.
Görüşdə “Fərdi mühafizə vasitələrinin təhlükəsizliyi haqqında” milli texniki reqlamentə əsaslanan standartların hazırlanması, əməyin mühafizəsi sahəsində yeni və mövcud standartların təsdiqi istiqamətində işlərin sürətləndirilməsinin vacibliyi vurğulanıb. Bundan əlavə, “2026–2028-ci illər üzrə Milli Standartlaşdırma Proqramının ilkin layihəsi” barədə məlumat verilib və iştirakçıların təklifləri dinlənilib.
Həmçinin yeni standartların hazırlanması üçün zəruri tədbirlərin görülməsinin vacibliyi qeyd olunub.
Oxşar xəbərlər
Azərbaycanda qızıl və qızıl ərintiləri sahəsində yeni dövlət standartı qəbul edilib
Mebel sənayesində keyfiyyət və rəqabətliliyin artırılması məqsədilə Texniki Komitə yaradılıb
Azərbaycanda yeni dövlət standartlarının layihələri müzakirə edilib
Azərbaycanda toxuculuq sahəsində yeni dövlət standartı qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
