Azərbaycanda yeni dövlət standartlarının layihələri müzakirə edilib
sizinxeber.az xəbər saytı

Azərbaycanda yeni dövlət standartlarının layihələri müzakirə edilib


Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təsis etdiyi "Uyğunluğun qiymətləndirilməsi" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 08) növbəti iclası keçirilib.

"Sizinxeber.az" AZSTAND-a istinadən xəbər verir ki, iclasda qurumla yanaşı, Kənd Təsərrüfatı Nazirliyi, “Bakı Metropoliteni” QSC, “SOCAR Downstream Management” MMC, “General Supply” QSC və digər qurumların nümayəndələri iştirak ediblər.

İclasda AZSTAND TK-08-in fəaliyyət planına uyğun olaraq işlənib hazırlanan AZS ISO 20121 “Tədbirlərin dayanıqlılığının idarə edilməsi sistemləri – Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər”, AZS ISO 22003-1 “Qida təhlükəsizliyi - 1-ci hissə: Qida təhlükəsizliyini idarəetmə sistemlərinin auditini və sertifikatlaşdırılmasını həyata keçirən orqanlar üçün tələblər”, AZS 22300 “Təhlükəsizlik və davamlıq – Lüğət”, ISO 7101 “Səhiyyə Təşkilatının idarəedilməsi. Səhiyyə təşkilatlarında keyfiyyəti idarəetmə sistemi. Tələblər” və AZS ISO 37001 “Rüşvətxorluğa qarşı idarəetmə sistemləri. Tələblər və istifadəyə dair rəhbəredici göstərişlər” dövlət standartlarının layihələri müzakirə edilib.

Yekunda Texniki Komitənin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə üzvlərin təklif və tövsiyələri dinlənilib, o cümlədən konsensus əsasında qəbul edilən yeni standartların təsdiq üçün AZSTAND-a təqdim olunması ilə bağlı müvafiq qərarlar qəbul edilib.

Oxşar xəbərlər

AZSTAND SOCAR-ın “Neftqaztikinti Tresti”ni sertifikatlaşdırıb
Azərbaycanda enerji menecmenti sahəsində yeni dövlət standartı qəbul edilib
Azərbaycanda əməyin təhlükəsizliyi sahəsində yeni dövlət standartları qəbul edilib
Mebel sənayesində keyfiyyət və rəqabətliliyin artırılması məqsədilə Texniki Komitə yaradılıb
Azərbaycanda tibbi laboratoriyalara dair yeni dövlət standartı qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle