“Azercell” dünya çempionlarını təbrik edib
İyunun 18-də “Azercell Telekom” Minifutbol üzrə Dünya Çempionatının qalibi olan Azərbaycan milli komandası ilə görüşüb.
Tarixi nailiyyət münasibətilə təşkil olunan tədbirdə Azərbaycan Minifutbol Federasiyasının və “Azercell” rəhbərliyinin nümayəndələri iştirak ediblər. Görüş zamanı iki qurum arasında mövcud olan uğurlu əməkdaşlıq və “Azercell”in milli komandaya 2022-ci ildən etibarən göstərdiyi dəstəyin əhəmiyyəti qeyd olunub.
Tədbirdə “Azercell”in Korporativ və Marketinq Ünsiyyət Vasitələri departamentinin direktoru Sona Abbasova və Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov çıxış ediblər.
“Milli komandamızın qələbəsi ölkəmiz üçün qürurverici hadisədir,” – deyə Sona Abbasova bildirib. "Azercell” olaraq biz hər zaman idmanın insanları bir araya gətirmək, ruhlandırmaq və motivasiya etmək gücünə inanmışıq. Bu əlamətdar gündə ölkəmizin çempionlarının yanında olmaq bizim üçün böyük şərəfdir."
Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov isə öz növbəsində mobil operatorun ölkədə minifutbolun inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib: “Azercell”in 2022-ci ildən etibarən komandamıza verdiyi dəstək bugünkü uğurumuzun formalaşmasında mühüm rol oynayıb. Ümid edirik ki, bu səmərəli əməkdaşlıq gələcəkdə də davam edəcək”.
Tədbirin sonunda “Azercell”in futbolçuları və milli yığmanın üzvləri arasında birlik və komanda ruhunu ifadə edən rəmzi forma mübadiləsi də baş tutub.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 1-də Milli Gimnastika Arenasında keçirilən dünya çempionatının final qarşılaşmasında Macarıstan yığmasını 4:2 hesabı ilə məğlub edərək 32 komanda arasında birinci yerə yüksəlib.
“Azercell Telekom” milli komandanı bu tarixi qələbə münasibətilə təbrik edir və onlara gələcək turnirlərdə uğurlar arzulayır.
Oxşar xəbərlər
Azercell dünya çempionlarını təbrik edib
"Azercell" “Baku Flames” beynəlxalq yaradıcılıq və effektivlik festivalının rəsmi tərəfdaşıdır
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
"Azercell" “iPhone 16”nı təqdim edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gədəbəyə güclü yağış yağıb, dolu düşüb
-
Meksikada Dünya Kubokunun açılış günü yeddi böyük aksiya keçiriləcək
-
Gəncədə kütləvi davada 7 nəfər xəsarət alıb
-
İran silahlı qüvvələrini tam döyüş hazırlığına gətirib
-
ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirib - YENİLƏNİB - 2
-
İran ABŞ-nin raketlərinə Yaxın Şərqə hücumla cavab verib
