"Azercell" “Baku Flames” beynəlxalq yaradıcılıq və effektivlik festivalının rəsmi tərəfdaşıdır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
apr
2025
16:30

"Azercell" “Baku Flames” beynəlxalq yaradıcılıq və effektivlik festivalının rəsmi tərəfdaşıdır

28 apr, 2025
16:30
605

"Azercell" “Baku Flames” beynəlxalq yaradıcılıq və effektivlik festivalının rəsmi tərəfdaşıdır

Azərbaycanın lider mobil operatoru "Azercell Telecom" MMC 2-3 mayda keçiriləcək “Baku Flames” beynəlxalq yaradıcılıq və effektivlik festivalının texnologiya və innovasiya tərəfdaşı qismində çıxış edir.

Tədbirdə yerli və beynəlxalq spikerlərin, o cümlədən yaradıcı sənayenin aparıcı şirkətlərindən peşəkar komandaların iştirakı gözlənilir. Festivalda təqdim olunacaq bütün layihələr nüfuzlu beynəlxalq münsiflər heyəti daxil olmaqla, bu sahənin mütəxəssisləri tərəfindən qiymətləndiriləcək.

İki gün ərzində keçiriləcək festivalda tanınmış beynəlxalq spikerlərin çıxışları ilə yanaşı, panel müzakirələri, seminarlar və master-klasslar da yer alacaq.

Festivalın əsas tərəfdaşı olan "Azercell" tədbirin ilk günündə panel müzakirəsi təşkil edəcək. Müzakirə sağlam həyat tərzinin təşviqi, narkomaniyaya qarşı mübarizə məqsədilə "Azercell" və Azərbaycan Cüdo Federasiyasının birgə əməkdaşlığı çərçivəsində ötən il həyata keçirilən "Doğru Yol Budur" sosial kampaniyasına həsr olunacaq. Paneldə "Azercell"in Korporativ və Marketinq Ünsiyyət Vasitələri Departamentinin direktoru Sona Abbasova, Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu və tanınmış rep ifaçısı Orxan Zeynallı çıxış edəcəklər. Müzakirəyə “Endorphin” kreativ agentliyinin direktoru Orxan Kərim moderatorluq edəcək.

Bizimlə əlaqə saxlayın