Nail Şükürov: Regiondakı gənclər süni intellekt alətləri barədə kifayət qədər məlumatlı deyil
sizinxeber.az xəbər saytı

Nail Şükürov: Regiondakı gənclər süni intellekt alətləri barədə kifayət qədər məlumatlı deyil


Gənclər süni intellekt alətlərindən təhlükəsiz və məsuliyyətli istifadə etməlidir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Nail Şükürov Bakıda keçirilən Gənclər üçün Süni İntellekt Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, süni intellekt intensiv müxtəlif sahələrin işində, xüsusilə gündəlik həyatda artıq əsas bir qüvvəyə çevrilib:

"Düzdür, desək ki, ölkədə bütün gənclər süni intellekt alətlərindən tam şəkildə istifadə edir, yalan olar. Çünki xüsusilə regionda yaşayan gənclərimizin hələ ki, bu süni intellekt alətlərinin bir çoxundan məlumatları yoxdur. Əsas hədəflərdən biri bu istiqamətdə faydalı və davamlı təsir imkanlarına malik addımlar atmağımızdır".

O qeyd edib ki, gənclər süni intellekt alətlərindən, həllərindən təhlükəsiz, məsuliyyətli, süni intellektin etik prinsiplərinə uyğun olaraq istifadə etməlidir:

"Bəzən hansısa bir yenilik olanda onun faydalı tərəfindən çox, daha çox mənfi tərəfindən istifadəyə fokuslanırıq. Bu da fəsadlara yol açır".

Oxşar xəbərlər

Nail Şükürov: Gənclər Fondunun süni intellekt təqaüd proqramına 2000-ə yaxın müraciət daxil olub
Deputat süni intellektdən müsbət istiqamətdə istifadəyə çağırış edib
Lula da Silva: BRİKS sammitində süni intellekt idarəetməsi üzrə ilk bəyannamə qəbul ediləcək
Rəşad Nəbiyev: "Azərbaycanda universitetlərin 70 %-də süni intellekt tədris olunacaq"
Ermənistanda süni intellekt nazirliyinin yaradılması planlaşdırılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər