“Miniboss Business School Baku” şagirdləri arasında V Milli Startap Çempionatının qalibləri məlum olub
sizinxeber.az xəbər saytı

“Miniboss Business School Baku” şagirdləri arasında V Milli Startap Çempionatının qalibləri məlum olub


Bakıda “Miniboss Business School Baku” şagirdləri arasında keçirilən V Milli Startap Çempionatında SIFE (Startups in Innovative Free Entrepreneurship - İnnovativ Azad Sahibkarlıqda Startaplar) və SAGE (Startups for the Advancement of a Global Environment - Qlobal Mühitin İnkişafı üçün Startaplar) kateqoriyaları üzrə qaliblər məlum olub.

"Sizinxeber.az" xəbər verir ki, azad sahibkarlıq sahəsində yaradılan startaplar kateqoriyasında birinci yeri 658 bal toplayan “İplik” layihəsi tutub.

İkinci yerdə 601 balla “Calendar Joy”, üçüncü yerdə isə 589 bal toplayan “To Be Continued” layihəsi qərarlaşıb.

Bundan əlavə, bu kateqoriya çərçivəsində qaliblər fərdi nominasiyalar üzrə müəyyən edilib: “Ən yaxşı performans” - “StoryBites”, “Ən yaxşı kreativ ideya” - “İplik”, “Ən yaxşı innovativ ideya” - “HeroCards & NutriPlate”, “Ən yaxşı məhsul dizaynı” - “Yurd Scents”, “Ən yaxşı brend” - “Mr. Saboon".

Qlobal mühitin yaxşılaşdırılmasına yönəlmiş startaplar kateqoriyasında birinci yerə 605 balla “Baglet” layihəsi çıxıb. İkinci yerə 603 bal toplayan “Be T-chic”, üçüncü yeri isə 583 balla “Eco-Blast” layihəsi layiq görülüb.

Bu kateqoriya üzrə xüsusi nominasiyalar üzrə qaliblər: “Ən yaxşı performans” - “Eco-Blast”, “Ən yaxşı kreativ ideya” - “Oops I Did It Wrong”, “Ən yaxşı innovativ ideya” - “OneCup”, “Ən yaxşı məhsul dizaynı” - “Baglet”, “Ən yaxşı brend adı” - “Be T-chic”.

Oxşar xəbərlər

Bakıda Miniboss Biznes Məktəbinin 5-ci Startap Forumu keçirilir
Bakıda “Miniboss Business School” şagirdləri arasında V Milli Startap Çempionatı keçirilir
"MiniBoss Baku"nun direktoru: “Azərbaycanda valideynlərin biznes təhsilə marağı ildən-ilə artır”
Nərminə Həsənova: “Miniboss Business School Baku” iki dəfə məktəb sahibkarlığında dünya lideri kimi tanınıb"
Alina Xələfova: "MiniBoss Business School Baku" həm biznes bilikləri verən, həm də təcrübə qazandıran ilk və yeganə məktəbdir”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər