Azərbaycanın cüdoçusu  qızıl medal qazanıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın cüdoçusu qızıl medal qazanıb


Azərbaycanın üç cüdoçusu Tacikistanın paytaxtı Düşənbədə keçirilən Böyük Dəbilqə turnirində finala yüksəlib.

Apasport.az xəbər verir ki, 90 kq çəki dərəcəsində birincilik uğrunda Vüqar Talıbovla Elcan Hacıyev qarşılaşıb.

Elcan Hacıyev həlledici görüşdə qalib gələrək karyerasında ilk dəfə Böyük Dəbilqə turnirlərində çempionluq sevinci yaşayıb. Vüqar Talıbov isə gümüş medala sahib olub.

+100 kq çəkidə digər cüdoçumuz Camal Qamzatxanov finalda tacikistanlı Temur Rahimovla üz-üzə gələcək.

Bürünc medal uğrunda mübarizədə isə Kənan Nəsibov (+100 kq) Özbəkistan təmsilçisi Utkirbek Turoboyevlə görüşəcək.

Qeyd edək ki, bundan əvvəl azərbaycanlı Balabəy Ağayev (60 kq) artıq qızıl medal qazanıb.

Oxşar xəbərlər

"Böyük dəbilqə": Azərbaycanın daha iki cüdoçusu medal qazanıb
"Böyük Dəbilqə": Azərbaycanın üç cüdoçusu finala yüksəlib
Paris-2024: Azərbaycan cüdoçusu 1/8 finalda uduzub - YENİLƏNİB
"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
"Böyük Dəbilqə": Son gündə Azərbaycanın dörd cüdoçusu mübarizəyə qoşulacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər