sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
"Böyük Dəbilqə": Azərbaycanın üç cüdoçusu finala yüksəlib
Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirinin son günündə Azərbaycanın üç cüdoçusu finala yüksəlib.
"Sizinxeber.az"un məlumatına görə, 90 kq çəki dərəcəsində yarışan Vüqar Talıbovla Elcan Hacıyev finalda qarşılaşacaqlar.
Finala vəsiqə qazanan Camal Qamzatxanovun (+100 kq) rəqibi isə tacikistanlı cüdoçu Temur Rakimov olacaq.
Kənan Nəsibov (+100 kq) isə bürünc medal uğrunda özbəkistanlı Utkirbek Turoboyevlə mübarizə aparacaq.
Bürünc medalllar uğrunda yarışlara və finallara Bakı vaxtı ilə saat 16:00-da start veriləcək.
Qeyd edək ki, Azərbaycan cüdoçularından daha əvvəl Balabəy Ağayev (60 kq) qızıl medal qazanıb.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu finala yüksəlib, digəri bürünc medal uğrunda görüşə çıxacaq
"Böyük Dəbilqə": Son gündə Azərbaycanın dörd cüdoçusu mübarizəyə qoşulacaq
"Böyük Dəbilqə": Azərbaycanın dörd cüdoçusu finala yüksəlib
"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













