Markus Lammert: Aİ rusiyalıların Şengen zonasına girişinə tam qadağa qoymağı planlaşdırmır
sizinxeber.az xəbər saytı

Markus Lammert: Aİ rusiyalıların Şengen zonasına girişinə tam qadağa qoymağı planlaşdırmır


Avropa Komissiyası Avropa İttifaqının (Aİ) Viza Məcəlləsinə keçiriləcək baxış çərçivəsində Rusiya vətəndaşlarına viza verilməsi ilə bağlı əlavə məhdudiyyətlər hazırlayır, lakin söhbət bütün rusiyalıların Şengen zonasına girişinə tam qadağa qoyulmasından getmir.

"Sizinxeber.az"un Avropa bürosu xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Markus Lammert Brüsseldə keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, Brüssel Rusiya vətəndaşlarına viza verilməsinə dair tövsiyələrin yenilənməsi üzərində işi davam etdirir və viza qanunvericiliyi ilə bağlı aparılacaq islahat çərçivəsində məqsədyönlü məhdudlaşdırıcı viza tədbirləri hazırlayır.

Komissiyanın nümayəndəsi bütün Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsinə tam qadağa qoyulmasının müzakirə edildiyi barədə məlumatı təsdiqləməyib.

Lammertin sözlərinə görə, Moskvanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başladıqdan sonra Aİ Rusiya vətəndaşlarına münasibətdə viza siyasətini artıq əhəmiyyətli dərəcədə sərtləşdirib.

"Biz bu tədbirlərin nəticələrini görürük: son illər Rusiya vətəndaşlarına verilən vizaların sayı xeyli azalıb", - o bildirib.

Xatırladaq ki, Rusiya mediasında yayılan məlumata görə, Avropa Komissiyası Rusiyada sabitliyi pozmaq məqsədilə rusiyalıların Şengen zonası ölkələrinə girişinə tam qadağa qoyulmasını müzakirə edir.

Oxşar xəbərlər

Avropa ölkələri Aİ-ni rusiyalılara Şengen vizasının verilməsini sərtləşdirməyə çağırıb
Avropa Komissiyası "Taliban"la danışıqlara hazırlaşır
Marqus Tsahkna Aİ-ni Rusiyaya qarşı 21-ci sanksiyalar paketinin qəbulunu sürətləndirməyə çağırıb
Babiş: Çexiya Rusiya hərbçilərinin Şengen ölkələrinə giriş qaydalarının sərtləşdirilməsi təşəbbüsünə qoşulub
Zaxarova: Aİ-nin Ermənistan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi Brüsselin təzyiq vasitəsidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər