Marqus Tsahkna Aİ-ni Rusiyaya qarşı 21-ci sanksiyalar paketinin qəbulunu sürətləndirməyə çağırıb
Avropa yeni sanksiyalar paketi vasitəsilə Rusiyaya təzyiqləri artırmalı, onun üçün dəniz əməliyyatlarına tam qadağa tətbiq etməli və Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olmasını təşviq etməlidir.
"Sizinxeber.az"un Avropa bürosu xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Brüsseldə Aİ Xarici İşlər Şurasının iclasından əvvəl bildirib.
Onun sözlərinə görə, Moskvada 9 mayda tammiqyaslı böyük paraddan imtina edilməsi Rusiyanın zəifliyini nümayiş etdirib:
"Rusiya Qərbdə çoxlarının düşündüyündən qat-qat zəifdir. Putin (Rusiya prezidenti - red.) hətta 9 mayı qeyd etməkdən belə qorxurdu".
Nazir vurğulayıb ki, Aİ ən qısa zamanda Rusiyaya qarşı "tam dəniz qadağası" da daxil olmaqla 21-ci sanksiyalar paketini qəbul etməli, eləcə də Ukraynaya dəstəyi gücləndirməlidir.
Estoniya XİN rəhbəri rusiyalılara Şengen vizalarının verilməsi məsələsini də qaldırıb. Onun sözlərinə görə, ötən il Şengen zonası ölkələri Rusiya vətəndaşlarına 600 mindən çox viza verib.
"Biz Ukraynaya qarşı müharibədə iştirak edən Rusiya hərbçiləri üçün ümumi viza qadağası siyasətini təklif etdik", - o bildirib və əlavə edib ki, bu cür şəxslər Şengen zonasına giriş əldə etmək üçün qara siyahılara salınmalıdırlar.
Tsahkna Rusiyanın Ukraynaya qarşı cinayəti üzrə xüsusi tribunalın yaradılmasının vacibliyini qeyd edib.
"Putin və onun ətrafı məsuliyyətə cəlb edilməlidir", - o deyib və 29 ölkənin artıq bu təşəbbüsə qoşulduğunu qeyd edib.
Almaniyanın sabiq kansleri Gerhard Şröderin mümkün vasitəçilik rolunu şərh edərkən nazir bildirib ki, Avropanın Moskva ilə ayrıca əlaqə kanalına ehtiyacı yoxdur.
"Şröder Putinin tərəfindədir və Avropanı təmsil etməyəcək", - o qeyd edib.
Oxşar xəbərlər
Aİ Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin hazırlanmasına başlayıb
Aİ ölkələrinin səfirləri Rusiyaya qarşı 15-ci sanksiyalar paketi ilə bağlı razılıq əldə ediblər
Avropa İttifaqı gələn ay Rusiyaya qarşı 19-cu sanksiyalar paketi qəbul etmək niyyətindədir
Aİ yaxın günlərdə Rusiyaya qarşı 18-ci sanksiyalar paketi qəbul edə bilər
Avropa ölkələri Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
