Misir və Türkiyə HƏMAS-la Qəzzada atəşkəsin ikinci mərhələsinin icrasını müzakirə ediblər
sizinxeber.az xəbər saytı

Misir və Türkiyə HƏMAS-la Qəzzada atəşkəsin ikinci mərhələsinin icrasını müzakirə ediblər


Qahirədə Misir və Türkiyə kəşfiyyat xidmətləri nümayəndələrinin HƏMAS hərəkatının rəhbərliyi ilə görüşü keçirilib, görüşdə Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsinin icrası müzakirə olunub.

"Report" "Al-Ahram"a istinadən xəbər verir ki, görüşdə Misirin Ümumi Kəşfiyyat Xidmətinin rəhbəri general-mayor Həsən Rəşad, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və HƏMAS-ın yüksək vəzifəli nümayəndələri iştirak ediblər.

Mənbənin məlumatına görə, danışıqlar müsbət xarakter daşıyıb, tərəflər ABŞ Prezidenti Donald Trampın sülh planının həyata keçirilməsi ilə bağlı ehtiyatlı nikbinlik ifadə ediblər. HƏMAS nümayəndələri isə planı dəstəklədiklərini və onun icrası yolundakı maneələri aşmağa hazır olduqlarını təsdiqləyiblər.

Oxşar xəbərlər

KİV: Misir kəşfiyyat rəhbəri HƏMAS və İsraillə görüşür
Bu gün Misirdə Yaxın Şərqdə atəşkəslə bağlı danışıqlar aparılacaq
Türkiyənin MİT rəhbəri "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Qəzzada iki günlük atəşkəs müzakirə olunur
İbrahim Kalın HƏMAS-la Qəzzadakı atəşkəs məsələsini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər