"Araz-Naxçıvan" yeni mövsümün hazırlığına iyulun 10-da başlayacaq
sizinxeber.az xəbər saytı

"Araz-Naxçıvan" yeni mövsümün hazırlığına iyulun 10-da başlayacaq


"Araz-Naxçıvan" klubu yeni mövsümün hazırlığına iyulun 10-da başlayacaq.

"Report" Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ilk 3 gün ərzində futbolçular tibbi müayinədən keçəcəklər.

Ayın 13-dən 20-dək təlim-məşq toplanışının birinci mərhələsi baş tutacaq. İyulun 20-də klubun əvəzedici heyəti ilə yoxlama oyunu keçiriləcək. Ertəsi gün dincələcək futbolçular hazırlıq prosesinin ikinci mərhələsinə iyulun 22-də başlayacaq.

Ayın 31-dək davam edəcək bu mərhələdə "qırmızı-ağlar" 3 oyunda gücünü sınayacaq. Komanda iyulun 24-də "İmişli", 31-də isə "Şəfa" ilə qarşılaşacaq. İyulun 28-də keçirilməsi nəzərdə tutulan oyundakı rəqib dəqiqləşməyib.

Avqustun ilk 2 günündə istirahət edəcək "Araz-Naxçıvan" ayın 3-də bir araya gələcək və 4 gün sonra yoxlama matçında gücünü sınayacaq. Avqustun 7-nə planlaşdırılan görüş üçün sınaqçı-rəqib seçilməyib. Bu qarşılaşmadan sonra bərpa və istirahət edəcək futbolçular avqustun 10-dan etibarən yeni mövsümün ilk oyununun hazırlığına başlayacaq.

Bütün hazırlıq prosesi Bakıda keçiriləcək.

Oxşar xəbərlər

"Araz-Naxçıvan"ın əvəzedici komandası Premyer Liqa təmsilçisi ilə qarşılaşacaq
“Araz-Naxçıvan”ın 2025/2026 mövsümü üçün hazırlıq planı dəqiqləşib
"Araz-Naxçıvan"ın baş məşqçisi: "Türkiyə klubu ilə oyunda bütün futbolçular istəkli idi"
"Araz-Naxçıvan" növbəti yoxlama matçını bu gün keçirəcək
“Araz-Naxçıvan” Türkiyədəki sonuncu yoxlama matçında qələbə qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər