Kats: İsrail qoşunlarını Livanın cənubundan çıxarmayacaq
sizinxeber.az xəbər saytı

Kats: İsrail qoşunlarını Livanın cənubundan çıxarmayacaq


İsrail Müdafiə Ordusu ölkənin şimalındakı yaşayış məntəqələrini "Hizbullah" hərəkatının təhdidlərindən qorumaq üçün Livanın cənubunda öz mövcudluğunu - sahildən Bofort yüksəkliklərinə qədər - qoruyub saxlayacaq.

"Sizinxeber.az" "The Times of Israel" qəzetinə istinadən məlumatına görə, İsrail müdafiə naziri İsrael Kats bu bəyanatı "Hizbullah" qruplaşmasının gecə hücumları nəticəsində ordunun dörd hərbçisinin həlak olması və daha bir neçəsinin yaralanmasından sonra verib.

"İsrail Müdafiə Qüvvələri şimaldakı yaşayış məntəqələrini qorumaq, təhdidlərin qarşısını almaq və bölgədəki terror infrastrukturunu həm yeraltında, həm də yerüstündə məhv etmək məqsədilə Livandakı təhlükəsizlik zonasında qalacaq (sahil zolağından Bofort yüksəkliklərinədək - red.)", - bəyanatda bildirilib.

Nazir həmçinin qeyd edib ki, İsrail öz hərbçilərinə və mülki vətəndaşlarına zərər vurulmasına yol verməyəcək, "Hizbullah" tərəfindən atəşkəs rejiminin istənilən pozuntusunun qarşısı isə ən sərt tədbirlərlə alınacaq.

Oxşar xəbərlər

Kats: İsrail ordusu "Hizbullah" təhlükəsi aradan qaldırılana qədər Livanın cənubunda qalacaq
İsrail ordusu Beyrut ətrafında "Hizbullah" obyektinə zərbə endirib
İsrail Livandakı Bofor qalasını "təhlükəsizlik zonası"nın bir hissəsi kimi saxlayacaq
Kats: İsrail ordusu Qəzzanın bufer zonasında daimi mövcudluğunu qoruyub saxlayacaq
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər