Kats: İsrail ordusu "Hizbullah" təhlükəsi aradan qaldırılana qədər Livanın cənubunda qalacaq
sizinxeber.az xəbər saytı

Kats: İsrail ordusu "Hizbullah" təhlükəsi aradan qaldırılana qədər Livanın cənubunda qalacaq


İsrail Müdafiə Ordusu "Hizbullah" qruplaşması tərəfindən gələn təhlükə tam aradan qaldırılana qədər Livanın cənub hissəsində "təhlükəsizlik zonası"na nəzarət edəcək.

"Sizinxeber.az" "The Times of Israel" istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats bəyan edib.

"İsrail ordusu Livanda "Hizbullah"a qarşı tam gücü ilə fəaliyyətini davam etdirəcək. Cənubi Livanın şimala köçürülmüş yüz minlərlə sakini İsrailin şimal sakinlərinin təhlükəsizliyi təmin edilənə qədər Litani çayının cənubuna qayıtmayacaq", - İ.Kats bildirib.

O qeyd edib ki, "Hizbullah" tərəfindən döyüşçülərin və silahların cənubi Livana daşınması üçün istifadə olunan Litani çayı üzərindəki bütün körpülər partladılıb: "İsrail ordusu qalan keçid yerlərini və Litaniyə qədər təhlükəsizlik zonasını nəzarət altında saxlayacaq".

Oxşar xəbərlər

Kats: “Hizbullah” tərksilah olunana qədər Livana zərbələr endiriləcək
İsrail Ordusu Livanda “Hizbullah”ın silah istehsalı obyektinə zərbə endirib
İsrail ordusu Livanda 250 “Hizbullah” yaraqlısını öldürüb
İsrael Kats: Dəməşq qoşunları əs-Süveydanı tərk etməsə, İsrail Ordusu Suriyaya zərbələri davam etdirəcək
İsrailin müdafiə naziri: Bu həftə İrana zərbələrin intensivliyi əhəmiyyətli dərəcədə artacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər