Günay Cəlilova "AmCham Azərbaycan"ın İdarə Heyətinin üzvü seçilib
17 iyun 2026-cı il tarixində Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) İllik Ümumi Yığıncağında təşkilatın yeni rəhbər heyəti formalaşıb. Səsvermənin nəticələrinə əsasən, "Yelo Bank"ın İdarə Heyəti sədrinin müavini Günay Cəlilova "AmCham Azərbaycan"ın yeni İdarə Heyətinin üzvü seçilib.
Bankçılıq və maliyyə sahəsində 20 ildən artıq zəngin təcrübəyə malik olan Günay Cəlilova hazırda "Yelo Bank"da Pərakəndə bankçılıq, Brendin idarəedilməsi və müştəri təcrübəsi, Datanın idarəedilməsi və Avtomatizasiya istiqamətlərinə rəhbərlik edir. O, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Maliyyə və kredit" ixtisası üzrə magistr və Böyük Britaniyanın "Warwick" Biznes Məktəbinin "Executive MBA" dərəcələrinə sahibdir.
G.Cəlilova buna qədər 2022-ci ildən Palatanın Bank, Maliyyə və Sığorta Komitəsinin rəhbər müavini, 2024-cü ildən isə müvafiq komitənin rəhbəri kimi ölkəmizin maliyyə sektorunun inkişafına və üzvlərin maraqlarının müdafiəsinə töhfə verən mühüm layihələr həyata keçirib.
1996-cı ildən fəaliyyət göstərən "AmCham Azərbaycan" 280-dan çox şirkəti birləşdirən və ölkədə biznes mühitinin gücləndirilməsinə töhfə verən aparıcı biznes assosiasiyasıdır.
Oxşar xəbərlər
Günay Cəlilova AmCham Azərbaycanın İdarə Heyətinin üzvü seçilib
"Expressbank"ın İdarə Heyətinə - YENİ TƏYİNAT
“Yapı Kredi Bank Azərbaycan”ın İdarə Heyətinin yeni sədri təyin olunub
Bankir: "Son illər sektorda kredit risklərini rəqəmsal risklər əvəz edir"
"Azərbaycan Kredit Bürosu"nun Müşahidə Şurasına yeni sədr seçilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Basqalda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi keçirilib
-
Conatan Devid Kanada millisinin tarixinə düşüb
-
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB-3
-
Azərbaycanın uğur modeli sabitlik, etibarlılıq və uzaqgörən inkişaf strategiyasına əsaslanır - RƏY
-
Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb
