MKİ direktoru: Yaxın həftələrdə İsrail ilə İran arasında eskalasiya riski yüksəkdir
“Yaxın həftələrdə Yaxın Şərqdə münaqişənin regional miqyasda daha da kəskinləşməsi real riski var”.
“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns bəyan edib.
Berns bildirib ki, həm İsrail, həm də İran liderləri genişmiqyaslı müharibəyə can atmasalar da, eskalasiya riski yüksəkdir. Belə ki, münaqişə İsraillə Livanda “Hizbullah” təşkilatı arasında qarşıdurmanın kəskinləşməsi fonunda, eləcə də İranın İsrailə son raket hücumundan sonra davam edir.
“Biz ciddi nəticələrə səbəb ola biləcək qəsdən toqquşmaların və anlaşılmazlıqların potensialını görürük. ABŞ üçün ən vacib vəzifə vəziyyətin daha da pisləşməsinin qarşısını almaqdır”.
MKİ direktoru həmçinin qeyd edib ki, İsrailin İranın raket hücumuna necə cavab verməsi ilə bağlı qərarının qlobal bazarlar da daxil olmaqla mühüm nəticələri olacaq.
Oxşar xəbərlər
İsrail ordusu İrana cavab verəcəklərini vəd edib
Britaniya qüvvələri də ABŞ kimi İranın İsrailə zərbəsini dəf olunmasında iştirak edib
ABŞ yaxın günlərdə Qəzzada atəşkəsə dair ətraflı təkliflər təqdim edəcək
KİV: İran və "Hizbullah" Doha danışıqları fonunda yumşalır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
Prezidentin köməkçisi: "İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib"
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
