Dövlət katibi ABŞ-nin İranla bağlı təklif və təhdidlərini açıqlayıb
sizinxeber.az xəbər saytı

Dövlət katibi ABŞ-nin İranla bağlı təklif və təhdidlərini açıqlayıb


“Vaşinqton Tehranla İranın maraqlarına cavab verəcək sövdələşməyə hazırdır, lakin Amerika tərəfi ondan nüvə ambisiyalarından əl çəkməsini tələb edir”.

“Sizinxeber.az” xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio CBS televiziyasına müsahibəsində deyib.

“Bundan sonra nə baş verəcəyi İranın nə qərar verəcəyindən asılı olacaq. Diplomatiya yolunu seçsələr, biz hazırıq. Biz onlar üçün, İran xalqı və bütün dünya üçün xeyirli bir sövdələşmə bağlaya bilərik. Əgər onlar başqa yol seçsələr, onlar üçün nəticələr olacaq”, - Amerika dövlət siyasəti departamentinin rəhbəri bildirib.

Marko Rubio əlavə edib ki, ABŞ İrana qarşı yeni hərbi əməliyyatlara başlamaq planı yoxdur:

“Hazırda İrana qarşı heç bir hərbi əməliyyat planlaşdırılmır, əgər onlar amerikalılara və ya Amerikanın maraqlarına zərbə vurmağa başlamasalar. Sonra onların problemləri olacaq. İstənilən ölkənin mülki nüvə proqramına sahib olmaq hüququ var, lakin İran yüksək səviyyədə uranın zənginləşdirilməsi ilə məşğul ola bilməz”.

Oxşar xəbərlər

Marko Rubio: İran ABŞ-nin dinc nüvə enerjisi proqramını inkişaf etdirmək təklifini rədd edib
ABŞ İranla bağlı şərtini açıqlayıb
Rubio: ABŞ İranın nüvə ambisiyalarından əl çəkməsini istəyir
Rubio: ABŞ İrana təzyiqi artırmalıdır
Dövlət Departamenti: Tramp İrana qarşı bütün vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər