Ukrayna İranla daha bir memorandumu ləğv edib
Ukrayna Nazirlər Kabineti İranla diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız səfərləri ilə bağlı anlaşma memorandumunu ləğv edib.
Report-un xəbər verdiyi kimi, bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melnıçuk məlumat yayıb.
"Ukrayna hökuməti ilə İran İslam Respublikası hökuməti arasında diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız səfərləri ilə bağlı 15 mart 1993-cü ildə Kiyevdə imzalanmış anlaşma memorandumu ləğv edilib", - nümayəndə öz "Telegram" kanalında yazıb.
Xatırladaq ki, 2024-cü ilin noyabrında Kiyev həmçinin Tehranla 1993-cü ildə imzalanmış hava əlaqəsi haqqında sazişini də ləğv edib. Ukrayna İranı münaqişədə Rusiyaya yardım göstərməkdə ittiham edir.
Oxşar xəbərlər
Azərbaycan və Səudiyyə Ərəbistanı diplomatlar üçün viza tələbini ləğv edir
Ukrayna MDB-nin daha bir sazişindən çıxıb
Litva diplomatik pasportlara malik Gürcüstan vətəndaşları üçün viza rejimi tətbiq edib
Azərbaycanla Şimali Makedoniya diplomatik pasportlara malik şəxsləri vizadan azad edir
Prezident Azərbaycanla Çin arasında imzalanmış sənədi təsdiqləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













