"Mehr": ABŞ və İranın razılaşdırdığı memorandum 14 maddədən ibarətdir
sizinxeber.az xəbər saytı

"Mehr": ABŞ və İranın razılaşdırdığı memorandum 14 maddədən ibarətdir


İran və ABŞ-nin 15 iyun - bazar ertəsinə keçən gecə razılaşdırdığı anlaşma memorandumu layihəsi 14 maddədən ibarətdir.

"Report" xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb.

Məlumata görə, sənəddə Livan da daxil olmaqla bütün istiqamətlərdə hərbi əməliyyatların dərhal və daimi dayandırılması tələb olunur. ABŞ də öz növbəsində qoşunlarını İrana yaxın bölgələrdən çıxarmalı və İslam Respublikasının suverenliyinə hörmət etməyi və onun daxili işlərinə qarışmamağı öhdəsinə götürməlidir.

Memorandum həmçinin 30 gün ərzində dəniz blokadasının tamamilə aradan qaldırılmasını və Hörmüz boğazının sərbəst gəmiçilik üçün açılmasını nəzərdə tutur.

Bundan əlavə, sənəd neft satışına sanksiyaların dayandırılmasını, ABŞ-nin yeni məhdudiyyətlər tətbiq etməməsini və danışıqlar zamanı regionda hərbi mövcudluğunu artırmaması öhdəliyini nəzərdə tutur.

Memorandum ayrıca olaraq, İranın təxminən 24 milyard dollarlıq dondurulmuş səhmlərinin açılmasını, ABŞ və müttəfiqlərinin İran obyektlərinin bərpasında iştirakını nəzərdə tutur ki, bunun da ümumi dəyəri təxminən 300 milyard dollardır. Memoranduma əsasən, Tehran nüvə silahı istehsal etməməyi öhdəsinə götürür.

Yekun razılaşmanın 60 günlük danışıqlardan sonra əldə edilməsi gözlənilir. Eyni zamanda neft sanksiyaları dayandırılana, dəniz blokadası qaldırılana və İranın dondurulmuş aktivlərinin yarısı azad edilənə qədər yekun danışıqlar başlamayacaq.

Sənədin BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənməsi və onun icrası üçün xüsusi monitorinq mexanizminin yaradılması gözlənilir.

Oxşar xəbərlər

Mehr: Tehran Vaşinqtondan 300 milyard dollarlıq bərpa planı istəyir
İran-ABŞ memorandum layihəsinin yeni detalları məlum olub
"Tasnim": ABŞ ilə İran arasında memorandum 14 bənddən ibarət olacaq
İranın ABŞ-la 14 maddəlik razılaşmasının detalları bilinib
Tramp bu gün İranla razılaşma barədə yekun qərar qəbul etmək niyyətindədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər