Qəzzanın yenidən qurulmasına 53,1 milyard dollar lazımdır
sizinxeber.az xəbər saytı

Qəzzanın yenidən qurulmasına 53,1 milyard dollar lazımdır


Qəzza zolağının yenidən qurulması üçün 53,142 milyard dollar həcmində vəsait lazımdır.

“Report”un məlumatına görə, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş bildirib.

Onun sözlərinə görə, təkcə ilk üç ildə təxminən 20,568 milyard dollara ehtiyac olacağı təxmin edilir. Belə ki, ən böyük xərclər mənzil sektorunda (15,2 milyard dollar), ticarət və sənayedə (6,9 milyard dollar), səhiyyədə (6,9 milyard dollar), kənd təsərrüfatında (4,2 milyard dollar) və təhsildə (2,6 milyard dollar) gözlənilir.

Qeyd olunub ki, Qəzzada humanitar vəziyyətin ağır olaraq qalır.

Vurğulanıb ki, yaşayış binalarının 60%-dən çoxu, yolların 65%-i və məktəblərin 88%-i dağılıb. İşsizlik səviyyəsi 80%-ə çatıb və demək olar ki, 1,9 milyon insan məcburi köçkün vəziyyətinə düşüb.

Təşkilat rəhbəri beynəlxalq ictimaiyyəti Fələstin anklavını bərpa etmək və regionda davamlı inkişaf üçün şərait yaratmaq üçün təcili olaraq maliyyə və texniki yardım göstərməyə çağırıb.

Oxşar xəbərlər

Pentaqon bu il hərbi kəşfiyyata 29,8 milyard dollar xərcləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təbii fəlakətlər ötən il ABŞ-yə 182,7 milyard dollar ziyan vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanın xarici dövlət borcu 9 milyard dolları keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT 2025-ci ildə uşaqlar üçün təxminən 10 milyard dollar humanitar yardım istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukraynanın beynəlxalq ehtiyatları yanvarda 43 milyard dollara düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər