BMT Baş katibi Livanın Baş naziri ilə danışıqlar aparıb
sizinxeber.az xəbər saytı

BMT Baş katibi Livanın Baş naziri ilə danışıqlar aparıb


BMT Baş katibi Antoniu Quterreş Livanın Baş naziri Nəcib Mikati ilə danışıqlar aparıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə baş katibin ofisinin yaydığı məlumatda deyilir.

Məlumata görə, Quterreş, həmçinin beynəlxalq ictimaiyyəti Livana humanitar yardım üçün 426 milyon ABŞ dolları toplamağa çağırıb.

“Baş katib bu gün səhər Livanın Baş naziri Nəcib Mikati ilə danışıqlar aparıb. O, Baş nazirə bildirib ki, Livandakı BMT sistemi ölkədə ehtiyacı olanlara yardım göstərmək üçün tam səfərbər olunub. Baş katib beynəlxalq ictimaiyyəti 426 milyon ABŞ dolları məbləğində humanitar yardım sorğusunu dəstəkləməyə çağırır”, - bəyanatda qeyd olunub.

Oxşar xəbərlər

Xarici işlər naziri: Azərbaycan 2020-ci ildən bəri 140-dan çox ölkəyə yardım edib
Livanın Baş naziri İsraillə müharibəyə hazırlıqla bağlı tapşırıq verib
Livanın baş naziri BMT Baş Assambleyasına səfərini ləğv edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər