İsrailin XİN başçısı: İranla nüvə silahı məsələsinin diplomatik həllinə hazırıq
- 20-04-2025, 18:00
- DÜNYA / Digər ölkələr
- 0
- 1 233
İsrail İranın nüvə silahı əldə etməsinin qarşısını almağa can atır. Lakin problemi diplomatiya yolu ilə həll etməyə hazırdır.
“Report” xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar “Teleqraf” qəzetinə müsahibəsində bildirib.
Nazir Fransanın Fələstin dövlətini tanıması məsələsinə toxunub və İranın nüvə silahı əldə etməsi təhlükəsindən də danışıb. O, həmçinin İsrailin may ayında İrana hücum etməyi planlaşdırdığı barədə xəbərləri təkzib edib.
"Mən Təhlükəsizlik Kabinetinin və bütün qapalı forumların üzvüyəm. Belə bir qərarı xatırlamıram. Belə qərarın verildiyini düşünmürəm. Amma İsrail İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq məqsədinə sadiqdir. Bu məqsədə diplomatik yolla nail olmaq olarsa, bu, qəbul edilir", - Saar deyib.
Siyasətçi həmçinin vurğulayıb ki, İsrail hakimiyyəti İrandakı nüvə silahı ilə bağlı ABŞ və Avropa ilə əlaqə saxlayır.
"İran öz beynəlxalq öhdəliklərinə həmişə qeyri-ciddi yanaşıb. İstisna etmirəm ki, onlar nüvə silahı ilə bağlı lazımi həllə nail olmaqdan yayınmaq üçün bəzi qismən razılaşmalar əldə etməyə çalışacaqlar. İran zəif vəziyyətdədir və məqsədə çatmaq üçün bundan istifadə etmək lazımdır", - nazir əlavə edib.


alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />