Rubio: İsrailin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq imkanı var
sizinxeber.az xəbər saytı

Rubio: İsrailin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq imkanı var


İsrailin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq imkanı var.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi, Prezidentin milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsini icra edən Marko Rubio Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin dinləmələrində deyib.

Ondan Vaşinqton-Tehran danışıqlarına baxmayaraq, İsrail Ordusunun İranın nüvə infrastrukturuna zərbələr endirməyə hazırlaşdığı barədə CNN telekanalının xəbərinə münasibət bildirməsi istənilib.

"Mən sizin danışdığınız informasiya sızmasından xəbərsizəm. Açığı, kəşfiyyat məsələlərini müzakirə etməzdim, hətta bunun doğru olub-olmadığını təsdiq etməzdim. Mən də bunun sirr olduğunu düşünmürəm, baxmayaraq ki, xəbər sızması haqqında danışmıram. İsrail İranın nüvə silahının qarşısını almaq üçün hərəkət etmək qabiliyyətini saxladığını açıq şəkildə bildirdi. Bunun sirr olduğunu düşünmürəm", - Rubio deyib.

Xatırladaq ki, ABŞ və İran Omanın vasitəçiliyi ilə Tehranın nüvə proqramı ətrafında fikir ayrılıqlarını həll etmək üçün dörd raund danışıqlar aparıb. İran və ABŞ arasında danışıqların beşinci raundunun mayın 23-də Romada keçirilməsi planlaşdırılır.

Oxşar xəbərlər

Rubio: Münaqişələrin qarşısını almaq üçün ABŞ Rusiya ilə danışıqlar aparmalıdır
İsrailin XİN başçısı: İranla nüvə silahı məsələsinin diplomatik həllinə hazırıq
WP: Rubio və Uolts İranın nüvə obyektlərinə zərbə endirməyin tərəfdarıdırlar
ABŞ İranın nüvə problemi ilə bağlı sanksiyaları genişləndirib
Netanyahu: İsrail olmasaydı, İran 10 il əvvəl nüvə silahı əldə edərdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle