Hicran Hüseynova: Əsas məsələ uşaqları real təhlükələrdən qoruyan rəqəmsal mühitin yaradılmasıdır
sizinxeber.az xəbər saytı

Hicran Hüseynova: Əsas məsələ uşaqları real təhlükələrdən qoruyan rəqəmsal mühitin yaradılmasıdır


Əsas məsələ uşaqları inkişaf, öyrənmə və sosial qarşılıqlı əlaqə üçün vacib imkanlardan məhrum etmədən real dünya təhlükələrindən qoruyan rəqəmsal mühitin yaradılmasıdır.

"Sizinxeber.az" xəbər verir ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deyib.

Onun sözlərinə görə, bu gün elə bir sahədə yoxdur ki, yeni nəsil texnologiyalardan istifadə edilməsin:

"Hazırda əlçatmaz informasiya yoxdur. Bunlar yeni dövrün reallıqlarıdır. Ölkədə rəqəmsal inkişaf priotet məsələlərdəndir. İnstitusional mexanizm formalaşdırılır".

O qeyd edib ki, hər bir inkişafın pozitiv və mənfi tərəfləri var:

"Sosial şəbəkələrin həyatın ayrılmaz hissəsi olduğu dövrdə, uşaqların psixoloji sağlamlığı üçün nəzarətsiz istifadənin qarşısının alınması vacibdir. Hazırda sual "qadağan etmək və ya etməmək" deyil. Əsas məsələ- uşaqları inkişaf, öyrənmə və sosial qarşılıqlı əlaqə üçün vacib imkanlardan məhrum etmədən real dünya təhlükələrindən qoruyan rəqəmsal mühitin necə yaradılması məsələsidir".

YENİLƏNİR

Oxşar xəbərlər

Hicran Hüseynova: Zorakılıqdan zərər çəkmiş şəxslər dövlət hesabına hüquqi yardımla təmin edilib
VII çağırış Milli Məclisin komitələri formalaşdırılıb
Milli Məclisin komitələrinə sədr seçilib - TAM SİYAHI
Səbinə Əliyeva: Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi ilə bağlı təkliflər hazırlanıb
Prezident İlham Əliyev Hicran Hüseynovanı “Vətənə xidmətə görə” ordeni ilə təltif edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər