KIV: Qırmızı dənizdə konteyner gəmisində yanğın baş verib
sizinxeber.az xəbər saytı

KIV: Qırmızı dənizdə konteyner gəmisində yanğın baş verib


Qırmızı dənizdə Honkonq bayrağı altında üzən “Asean Seas Line Bauhinia” konteyner gəmisində yanğın baş verib.

“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Yəmən sahilləri yaxınlığında açıq dənizdə qeydə alınıb, hadisənin səbəbləri hələlik bəlli deyil.

Heyət yanğın səbəbindən gəmini tərk etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, 2023-cü ilin sonundan etibarən Qırmızı dənizdəki ticarət gəmiləri Yəməndəki üsyançı husilər tərəfindən müntəzəm olaraq hücuma məruz qalır.

Gəminin sahibi olan Çinin “Asean Seas Line Bauhinia” şirkəti vəziyyətlə bağlı hələlik şərh verməyib.

Xatırladaq ki, yanvarın 20-də Qəzza zolağında atəşkəsin əldə olunması ilə əlaqədar husilər Qırmızı dəniz və Bab əl-Məndəb boğazında ticarət gəmilərinə hücumları dayandıracağına söz vermişdi. Husilərin bu vədi İsraillə əlaqəli gəmilərə şamil edilmir. Hərəkat nümayəndələri həmçinin 2023-cü ilin noyabrında Ədən körfəzində əsir götürülən “Galaxy Leader” gəmisinin ekipajını da azad ediblər. Yanvarın 22-də Beynəlxalq Dəniz Təşkilatının Baş katibi Arsenio Dominges Qırmızı dənizdə normal gəmiçilik fəaliyyətinə qayıdıldığını elan edib.

Oxşar xəbərlər

ABŞ Qırmızı dənizdə husilərə məxsus pilotsuz gəmini vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Qırmızı dənizdə husilərə məxsus dörd pilotsuz gəmini vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-nin Qırmızı dənizdə təşkil etdiyi koalisiyaya 20-dən çox ölkə qoşulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Husilərin nümayəndəsi: "Qırmızı dənizdə ticarət gəmilərinə hücum edəcəyik" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniya esminesi Qırmızı dənizdə husilərin PUA-sını vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle