Rubio və Şərif İsrail ilə İran arasında sülhü müzakirə ediblər » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
in
2025
10:30
0
0
1 671
ff

Rubio və Şərif İsrail ilə İran arasında sülhü müzakirə ediblər

27 in, 2025
10:30
1 671

Rubio və Şərif İsrail ilə İran arasında sülhü müzakirə ediblər

ABŞ dövlət katibi Marko Rubio və Pakistanın Baş naziri Şahbaz Şərif telefon danışığı zamanı İsrail ilə İran arasında davamlı sülhün bərqərar olmasında İslamabadın köməyini müzakirə ediblər.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Times of Israel” ABŞ Dövlət Departamentinin bəyanatına istinadən məlumat yayıb.

"Söhbət zamanı tərəflər İsrail və İran arasında davamlı sülhün bərqərar olmasında birgə işin vacibliyini qeyd ediblər", - bəyanatda bildirilib.

Rubio həmçinin vurğulayıb ki, "İran heç vaxt nüvə silahı hazırlaya və ya əldə edə bilməyəcək".

Gülnar Mahmudova

Bizimlə əlaqə saxlayın

×
×