Budapeşt və Kiyev macar etnik azlığının hüquqları ilə bağlı hərtərəfli razılığa gəlib
sizinxeber.az xəbər saytı

Budapeşt və Kiyev macar etnik azlığının hüquqları ilə bağlı hərtərəfli razılığa gəlib


Macarıstan və Ukrayna Zakarpatye ərazisindəki macar etnik azlığının hüquqlarına dair razılıq əldə edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Peter Madyar "Facebook" sosial şəbəkəsində yazıb.

"Mühüm xəbərim var. Üç həftə ərzində biz (əvvəlki baş nazirin - red.) komandasının 10 il ərzində nail ola bilmədiyinə nail ola bildik.

Biz Ukrayna ilə 100 minlik macar azlığının dil, təhsil, mədəni və siyasi hüquqlarının genişləndirilməsi barədə hərtərəfli razılaşma əldə etdik. Bu razılaşma ekspertlər səviyyəsində bir neçə həftə davam edən və Zakarpatye macarlarının siyasi təşkilatlarının, həmçinin kilsələrin də iştirak etdiyi intensiv Macarıstan-Ukrayna danışıqlarının nəticəsi oldu", - o qeyd edib.

Madyarın sözlərinə görə, Ukrayna hökuməti yaxın gələcəkdə razılaşdırılmış tədbirləri öz qanunvericiliyində tətbiq etməyi öhdəsinə götürüb: "Bununla da bizim Zakarpatyedən olan soydaşlarımız əvvəlkindən xeyli dərəcədə daha geniş təhsil, mədəniyyət, dil və siyasi hüquqlara malik olacaqlar".

Bu öhdəliklər həmçinin Ukraynanın Avropa İttifaqına inteqrasiyası çərçivəsindəki fəaliyyət planında da öz əksini tapacaq: "Əgər bu baş verərsə, Macarıstan hökuməti Ukraynaya münasibətdə (Aİ-yə daxil olmaq barədə - red.) ilk danışıqlar klasterinin açılmasına razılıq verəcək".

Oxşar xəbərlər

Madyar: Biz Zelenski ilə mütləq görüşəcəyik
Siyarto Ukrayana macar casusların saxlanılması məsələsinə münasibət bildirib
Madyarla Lyayen Macarıstan üçün 17 milyard avronun blokdan çıxarılması barədə razılığa gəliblər
Peter Magyar Zelenski ilə görüşməyi planlaşdırır
Macarıstan milli azlıqlarla bağlı Ukrayna ilə danışıqları təxirə salır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər