Madyar: Biz Zelenski ilə mütləq görüşəcəyik
Macarıstanın yeni Baş nazirinin gələcək hökuməti Ukrayna ilə dostluq münasibətləri qurmağı planlaşdırır.
"Sizinxeber.az" xarici mediaya istinadən xəbər verir ki, bunu "Tisa" partiyasının lideri və Macarıstanda parlament seçkilərinin qalibi Peter Madyar mətbuat konfransında bildirib.
"Tisa" hökuməti bütün qonşu ölkələrlə müttəfiqlik, mümkünsə, dostluq münasibətlərinə can atacaq", - o, "Tisa" hökumətinin Ukraynaya münasibətdə siyasəti ilə bağlı sualı cavablandırarkən deyib.
Madyar, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə mümkün görüşlə bağlı sualı da cavablandırıb.
"Başqa yerdə olmasa belə, biz Avropa Şurasında mütləq görüşəcəyik", - "Tisa" lideri bildirib.
Avropa İttifaqının (Aİ) Ukraynaya 90 milyard avro məbləğində kredit ayırmasına gəldikdə isə o qeyd edib ki, Aİ ölkələri bu qərarı Avropa Şurasının dekabrda keçirilən sammitində qəbul ediblər və onu dəyişdirməyin mənası yoxdur. Eyni zamanda, Madyar vurğulayıb ki, Macarıstan çətin maliyyə vəziyyətində olduğu üçün ölkə bunda maliyyə cəhətdən iştirak etməyəcək. O bunu indiki hökumətin iqtisadi siyasəti ilə əlaqələndirib.
"Macarıstanda hamı bilir ki, Ukrayna bu müharibədə qurbandır", - Macarıstanın yeni Baş naziri bildirib və əlavə edib ki, Budapeştlə Kiyev arasında münasibətlərin normallaşmasının şərti Ukraynada yaşayan macar azlığının hüquqlarının tənzimlənməsi olacaq.
Oxşar xəbərlər
Peter Madyar: Macarıstan Rusiya nefti almağa davam edəcək
Peter Madyar Macarıstanda Baş nazir üçün iki müddət məhdudiyyəti təklif edib
Sibiqa: Zelenski ilə Madyarın mümkün görüşü barədə Macarıstana müraciət edilib
Fon der Lyayen: Aİ Macarıstanın yeni rəhbərliyi ilə əməkdaşlığa hazırdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
